Bakıda avtomobil 69 yaşlı qadını vuraraq öldürüb
1326
Paytaxtın Suraxanı rayonu Südçülük sovxozu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Mediapress.az-a verilən məlumata görə, bu gün saat 12 radələrində Bakı şəhər sakini Günel Tağıyeva idarə etdiyi "Şevrolet" markalı avtomobillə 1953-cü il təvəllüdlü Xalidə Məmmədovanı vurub. Xəsarət alan şəxs hadisə yerində ölüb.
Sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.