\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

28 mayda 90 cinayət hadisəsi qeydə alınıb - Kriminal xronika

28 mayda 90 cinayət hadisəsi qeydə alınıb - Kriminal xronika
1731baxış

Dünən baş vermiş kriminal hadisələrin xronikası bəlli olub.

Daxili İşlər Nazirliyindən Mediapress.az-a verilə məlumata görə, 28 may günü Azərbaycanda ərzində 90 cinayət faktı qeydə alınıb.
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 90 cinayət faktı qeydə alınıb ki, onların da 19-u “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 12 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.