\
4 May 2024 - Şənbə

Şəmkirdə qohumuna atəş açan şəxs saxlanılıb

Şəmkirdə qohumuna atəş açan şəxs saxlanılıb
1241baxış

Noyabr ayının 24-də Şəmkir rayon Yenihəyat kənd sakini 1984-cü il təvəllüdlü Nurlan Məhərov şəxsi münasibətlər zəminində qohumu və həmkəndlisi, 1986-cı il təvəllüdlü Elsevər Məsimova xuliqanlıq niyyəti ilə ov tüfəngindən atəş açsa da sonuncu heç bir xəsarət almayıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Mediapress.az-a açıqlamasında bildirib ki, hadisə yerindən yayınan N. Məhərov Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində maddi sübutla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı rayon Polis şöbəsində cinayət işi başlanıb araşdırmalar davam etdirilir.