\
18 Aprel 2024 - Cümə axşamı

Xaçmazda marketdən seyf oğurlayan şəxslər saxlanılıblar

Xaçmazda marketdən seyf oğurlayan şəxslər saxlanılıblar
1295baxış

Xaçmazda marketlərin birindən seyf oğurlayan şəxslər saxlanılıblar.

Mediapress.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri Namik Şirinov və Əli Əliyev Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar. 

Araşdırmalar zamanı həmin şəxslər rayon ərazisində olan marketdən içərisində 2 000 (iki min) manat pul olan seyfi, müxtəlif növ siqaretləri və spirtli içkiləri oğurladıqlarını etiraf ediblər. 

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb və araşdırmalar davam etdirilir.