\
29 Mart 2024 - Cümə

İşlədiyi uşaq evindən oğurluq edən şəxs saxlanıldı

İşlədiyi uşaq evindən oğurluq edən şəxs saxlanıldı
1342baxış
Mediapress.az xəbər verir ki, naməlum şəxs müəssisədən məişət əşyaları və ümumi dəyəri 780 manat olan iki ədəd xalça oğurlayıb. 
 
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmin müəssisədə işləyən R.Kərimova saxlanılıb. O, ifadəsində törətdiyi hadisəni etiraf edib. 
 
Faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.
 
Bu barədə xəbəri Daxli İşlər Nazirliyinin  mətbuat  xidmətinin  rəhbəri Elşad Hacıyev məlumat verib.