\
26 Aprel 2024 - Cümə

Goranboyda toyda dava olub, bıçaqlanan var

Goranboyda toyda dava olub, bıçaqlanan var
1349baxış

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

Mediapress.az xəbər verir ki, hadisə rayonun Faxralı kəndində qeydə alınıb.

1991-ci il təvəllüdlü Elman Yəhyazadə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstənin yarası tikilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, hadisə kənddə keçirilən toyda baş verib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.