Yeyib içdikdən sonra dostunu döydü - Qaxda
1731
Qaxda 40 yaşlı kişi döyülüb.
Mediapress.az APA-nın Şəki-Zaqatala bürosunun məlumatına əasən xəbər verir ki, rayonun Qaxbaş kənd sakini, 1978-ci il təvəllüdlü Vitali İlya oğlu Lomaşvili bədənin küt travması və iki qabırğasının sınığı diaqnozu ilə Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Qax rayon Polis Şöbəsindən APA-ya bildiril ib ki, Vitali Lomaşvili həmkəndlisi Ramazi Tamazi oğlu Basaviaşvili bir yerdə yeyib-içdikdən sonra aralarında mübahisə düşüb. Nəticədə Ramazi Basaviaşvili Vitali Lomaşvilini döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Faktla bağlı Qax RPŞ-də araşdırma aparılır.