\
26 Aprel 2024 - Cümə

Metroda oğurluq edən şəxs tutulub

Metroda oğurluq edən şəxs tutulub
1326baxış

Metropolitendə Polis Şöbəsinə metro stansiyasında qatarda bir qadının mobil telefonunun qeyri-aşkar şəraitdə oğurlanması barədə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Mediapress.az-a verilən xəbərə görə, əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən İmişli rayon sakini Seymur Süleymanov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.