\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

29 mayda 114 cinayət faktı qeydə alınıb - Rəsmi xronika

29 mayda 114 cinayət faktı qeydə alınıb - Rəsmi xronika
1641baxış

Dünənin rəsmi kriminal xronikası bəlli olub. DİN-dən Mediapress.az-z verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 114 cinayət faktı qeydə alınıb, onların da 27-i “isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.   

Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 3 nəfər xəsarət alıb.  

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.