\
26 Aprel 2024 - Cümə

Bakıda şirkət ərazisində sellofana bükülmüş qadın meyiti tapıldı

Bakıda şirkət ərazisində sellofana bükülmüş qadın meyiti tapıldı
1356baxış

Bakıda qazıntı zamanı qadın meyiti aşkar edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə dünən, saat 13 radələrində Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən və “Azbadam” şirkətinə məxsus badam bağında qeydə alınıb. Ərazidə traktorla qazıntı işi aparılarkən sellofana bükülmüş şəkildə torpağa basdırılmış qadın meyiti aşkar edilib.

İlkin baxış zamanı meyit üzərində hər hansı xəsarət aşkar edilməyib.

Meyitin kimə məxsus olduğu, kim tərəfindən basdırıldığı, hansı şəraitdə öldüyü və ya öldürüldüyü məlum deyil.

Faktla bağlı araşdırmalar aparılır.