\
22 Noyabr 2024 - Cümə

16 yaşlı qızın toyunda iştirak edən polis barəsində araşdırma başladıldı

16 yaşlı qızın toyunda iştirak edən polis barəsində araşdırma başladıldı
1393baxış

Ucarda yetkinlik yaşına çatmayan qızın toyu olması barədə məlumat vermişdik. Toy məclisi Qaracallı kəndində dekabrın 17-də baş tutub.

Toy məclisinin görüntüləri sosial şəbəkələrdə yayılıb. İddia edilir ki, məclisdə Elçin Neymanov adlı polis əməkdaşı da mülki geyimdə iştirak edib.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib ki, həmin toy məclisində iştirak edən Ucar Rayon Polis Şöbəsinin əməkdaşı E.Neymanov barəsində də xidməti yoxlamalar aparılır:

“Azyaşlının erkən nikaha daxil olması ilə bağlı Ucar Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.