\
25 Noyabr 2024 - Bazar ertəsi

Tanışlarını BP-yə “işə düzəldən” dələduz 7 il cəza aldı - Bakı Ağır Cinayətlər Məhkəməsində

Tanışlarını BP-yə “işə düzəldən” dələduz 7 il cəza aldı - Bakı Ağır Cinayətlər Məhkəməsində
1788baxış

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət etməyə təhrik etməkdə və dələduzluqda təqsirləndirilən Seymur Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, S.Əhmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, təqsirləndirilən şəxs BP şirkətinə sürücü kimi işə düzəltmək adı ilə 17 nəfər zərərçəkmiş şəxsə ümumilikdə 59 min manat məbləğində ziyan vurub.

Həbs edilən S. Əhmədov barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.