\
22 Noyabr 2024 - Cümə

Prokuror Bakıda arvadını öldürən şəxsə CƏZA İSTƏDİ

Prokuror Bakıda arvadını öldürən şəxsə CƏZA İSTƏDİ
1399baxış

Prokuror Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Saməddin Həsənovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Mediapress.az xəbər verir ki, S.Həsənovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

 

Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmənin növbəti iclasının dekabrın 29-na təyin edildiyi elan olunub.

Qeyd edək ki, hadisə bu ilin martında Xəzər rayonu Binə qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü S.Həsənov qısqanclıq zəminində aralarında yaranan münaqişə zamanı həyat yoldaşı 1995-ci il təvəllüdlü Ülviyyə Həsənovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qətlə yetirib.

S.Həsənova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.