\
22 Noyabr 2024 - Cümə

Keçmiş dövlət binasından bir “KamAZ” dəmir oğurlamaq istədilər

Keçmiş dövlət binasından bir “KamAZ” dəmir oğurlamaq istədilər
1410baxış

Neftçalada külli miqdarda dəmir oğurlanıb.

Daxili İşlər Nazirliyindən  Mediapress.az-a verilən xəbərə görə, dekabrın 22-də 3 nəfər “KamAZ” markalı avtomobillə rayon Elektrik Şəbəkəsinin keçmiş inzibati binasının həyətindən 4 ton dəmir qırıntılarını oğurlamağa cəhd göstərib. Onlar Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Həmin şəxslərin rayon sakinləri E.Əliyev, A.Həsənov və sürücünün S.Həsənov olmaları müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.