\
20 Aprel 2024 - Şənbə

Gəncədə arvadını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb

Gəncədə arvadını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
1373baxış

Gəncədə həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.

Mediapress.az-ın məlumatına görə, 1980-ci il təvəllüdlü Süleymanova Aytən Məmməd qızına mübahisə zəminində bıçaqla çoxsaylı xəsarətlər yetirməkdə şübhəli bilinən həyat yoldaşı - 1978-ci il təvəllüdlü Zaur Süleymanov hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, hadisə dekabrın 14-də baş verib.

Faktla bağlı araşdırma davam etdirilir.