\
22 Noyabr 2024 - Cümə

Tovuzda 13 yaşlı qızın ərə verilməsiylə bağlı İDDİA

Tovuzda 13 yaşlı qızın ərə verilməsiylə bağlı İDDİA
1401baxış

Tovuz rayonunun Alakol kəndində 13 yaşlı qız üçün təmtəraqlı nişan məclisinin təşkil edildiyi iddia olunur.

Oxu.Az xəbər verir ki, bu barədə “Facebook”da məlumat yayılıb. Bildirilib ki, bayramadək qıza toy etmək planlaşdırılır. Qızın 14 yaşının apreldə tamam olacağı da qeyd olunub.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Tovuz regional qrupu, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıqda məsələnin araşdırıldığı diqqətə çatdırılıb.