Ad günü məclisində bıçaqlandı, taksi sürücüsü xilas etdi
1457
Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Mediapress.az xəbər verir ki, hadisə metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında qeydə alınıb.
1993-cü il təvəllüdlü Məmişov Coşqun Arzu oğlu restoranda qardaşı oğlunun ad günü mərasimində bir neçə nəfərlə mübahisə edib. Mübahisə davaya çevrilib. C.Məmişov əvvəlcə döyülüb, sonra qarnından və boğaz nahiyəsindən bıçaq xəsarətləri alıb. Yaralı yoldan keçən taksi sürücüsünün köməkliyi ilə huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.