Lotu Quli haqda həbs qərarı verildi
Samara Vilayət Məhkəməsi Samara Rayon Məhkəməsinin qanuni oğru Nadir Səlifovun (Lotu Quli) həbsi ilə bağlı qərarını qüvvədə saxlayıb.
Mediapress.az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı “Volqanyus” saytı yayıb.
Sayt qanuni oğrunun insan oğurluğunda şübhəli bilindiyini qeyd edib. Belə ki, o, Tolyatti şəhərində 2015-ci ildə iş adamı Kamal Quliyevin oğurlanmasında ittiham edilib. İddiaya görə, Səlifovun adamları Quliyevi qaçırdıqdan sonra onun yaxınlarından 10 milyon avro tələb ediblər. Quliyev sonradan Qulinin tərəfdaşlarından olan Maqsud Qurbanovun köməkliyi ilə saxlanıldığı yerdən qaça bilib. Bundan sonra Qurbanov əvvəllər törətdiyi cinayətə görə həbs edilib, lakin o çəkəcəyi cəzanı azaltmaqdan ötrü hüquq mühafizə orqanları ilə əməkdaşlığa gedərək Quli əleyhinə ifadə verib.
Qeyd edək ki, bundan öncə Moskvanın Presnenski məhkəməsi də Qulini insan oğurluğunda ittiham edərək qiyabi həbs etmişdi. O, beynəlxalq axtarışa verilmişdi.