\
24 Aprel 2024 - Çərşənbə

Sabirabadda avtomobil 48 yaşlı qadını vurdu

Sabirabadda avtomobil 48 yaşlı qadını vurdu
1298baxış

Sabirabadda avtomobil 48 yaşlı qadını vurub.

APA-nın məlumatına görə, hadisə Sabirabad rayonunun Minbaşı kəndində baş verib.

VAZ-2107 markalı avtomobil yolu keçən Sabirabad rayonunun Çöl Beşdəli kənd sakini, 1975-ci il təvəllüdlü Babayeva Səidə Babaxan qızını vurub. Piyada müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.