\
20 Aprel 2024 - Şənbə

Bakıda gənc oğlan evlərindən 80 min manatlıq oğurluq etdi

Bakıda gənc oğlan evlərindən 80 min manatlıq oğurluq etdi
1344baxış

Bakıda mənzildən 80 min manatlıq oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Mediapress.az-a verilən məlumatda bildirilir ki, yanvarın 3-də günorta saatlarında Nərimanov rayonu N.Hacıyev küçəsində yerləşən mənzillərdən birindən naməlum şəraitdə 50000 manat pul və 30000 manat dəyərində qızıl əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının “isti iz”lərlə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-texniki tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən ev sahibinin 2002-ci il təvəllüdlü oğlu olması müəyyən edilib. O, oğurluq əməlini xüsusi və peşəkar oğrular tərəfindən törədilməsi görüntüsünü yaratmaq, iz itirmək məqsədilə filmlərdə gördüyü metod və vasitələrdən istifadə etməklə törədib. Polisin əməkdaşlarının tutarlı sübutları əsasında o, törətdiyi oğurluq əməlini etiraf edib, talanan pul vəsaitinin bir hissəsini və qızıl əşyalarını gizlətdiyi yerdən çıxararaq istintaqa təqdim edib.

O, saxlanılaraq cinayət məsuliyyətə cəlb edilib.

Nərimanov RPİ İstintaq şöbəsində araşdırmalar davam etdirilir.