\
29 Mart 2024 - Cümə

Bərdədə evdən 5 min manatlıq oğurluq edən şəxs tutuldu

Bərdədə evdən 5 min manatlıq oğurluq edən şəxs tutuldu
1308baxış
  • Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fərdi yaşayış evindən qızıl-zinət əşyaları və nəğd pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
    DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə rayonun Çəmənli kəndində yerləşən fərdi yaşayış evindən oğurluq etməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum edilmiş Zahid Sədiyev saxlanılıb. Araşdırmalarla onun 3960 manat dəyərində qızıl-zinət əşyaları və 1000 manat nəğd pul oğurladığı müəyyən olunub.

    Z.Sədiyev dindirilərkən ələ keçirdiyi məbləği Bakı şəhərində öz əyləncəsinə xərclədiyini etiraf edib.
    Onun barəsində Bərdə RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

     
    •