Astarada nişanlısını bıçaqlayan oğlan tutulub, cinayət işi açılıb
Astarada nişanlısını bıçaqlayan 22 yaşlı oğlan saxlanılıb.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Mediapress.az-a verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Mirisaq Mirvaleh oğlu Mirtalibov saxlanılıb, faktla bağlı Astara Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, hadisə dünən Astaranın Şiyəkəran kəndində qeydə alınıb. 2001-ci il təvəllüdlü Mirisaq Mirvaleh oğlu Mirtalibov nişanlısı Səbinə Nicat qızı Qənbərovanı aralarında yaranan mübahisə nəticəsində döyüb, sonra onun bədəninin müxtəlif nahiyələrinə 4 bıçaq zərbəsi vurub.
Ağır xəsarət alan qız təcili Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub.