\
29 Mart 2024 - Cümə

Mingəçevirdə sürücüyə balta ilə xəsarət yetirilib

Mingəçevirdə sürücüyə balta ilə xəsarət yetirilib
1311baxış

Mingəçevirdə sürücülər arasında yol vermək üstündə dava olub, biri baltalanıb.

“Report” xəbər verir ki, hadisə Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, “Köhnə Toxuculuq kombinatı” adlanan yerin qarşısında baş verib.

Belə ki, “Xəzər” markalı avtomobili idarə edən 1971-ci il təvəllüdlü Məmmədov Faiq Şikar oğlu yol vermək üstündə aralarında yaranmış mübahisə zamanı “Mercedes-Benz” markalı avtomobili idarə edən 1995-ci il təvəllüdlü Paşayev Elvin Camaləddin oğluna baş nahiyəsindən qəsdən balta ilə vurub. 

E.Paşayev açıq kəllə-beyin travması və kəllə qapağı sümüyünün açıq sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-a bildirib ki, dünən saat 16 radələrində Mingəçevir şəhər sakini 1971-ci il təvəllüdlü Faiq Məmmədovun balta ilə 27 yaşlı Elvin Paşayevin baş nahiyəsinə xəsarət yetirməsi ilə bağlı şəhər polis şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb:

“Faiq Məmmədov isə şübhəli şəxs qismində saxlanılıb və hazırda zəruri istintaq hərəkətləri davam etdirilir”.