"Tərtər işi"nə görə həbs olunmuş polkovnik barəsində ibtidai istintaq bitib
"Tərtər işi" ilə bağlı cinayət məsuliyyətinə cəlb edilmiş polkovnik Vüsal Ələsgərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Mediapress.az-ın əldə etdiyi xəbərə görə, ittiham olunan şəxs barəsində toplanmış materiallar yaxın günlərdə baxılması üçün məhkəməyə göndəriləcək.
İş üzrə həbs olunmuş digər şəxslər barəsində ibtidai istintaq davam edir.
Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. Sözügedən qərarlardan sonra aparılın istintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş bir neçə hərbçi cinayət məsuliyyətinə cəlb olunub. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham irəli sürülərək barələrində həbs qətimkan tədbiri seçilib.