\
23 Aprel 2024 - Çərşənbə axşamı

Gürcüstanda atışma olub, biri polis olmaqla 5 nəfər ölüb

Gürcüstanda atışma olub, biri polis olmaqla 5 nəfər ölüb
1272baxış

Gürcüstanın Saqareco şəhərində 1974-cü il təvəllüdlü şəxs yaşayış binasındakı mənzillərdən birinin eyvanından insanlara atəş açıb.

Mediapress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Hadisə nəticəsində biri polis olmaqla 5 nəfər həlak olub.

Daha beş nəfər yaralanıb.

Hadisəni törədən şəxs özünü güllələyərək öldürüb.