\
18 Aprel 2024 - Cümə axşamı

Bakıda borcunu ödəyə bilməyən şəxs bıçaqlanıb

Bakıda borcunu ödəyə bilməyən şəxs bıçaqlanıb
1312baxış

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Mediapress.az xəbər verir ki, hadisə metronu "Nizami" stansiyasının qarşısındakı parkda qeydə alınıb.

Belə ki, paytaxt sakini 1958-ci il təvəllüdlü Babayev Oqtay Muxtar oğlu pul borcu olduğu şəxslə mübahisə edib.

Mübahisə zamanı O.Babayev bıçaqlanıb.

Yaralı bədənin müxtəlif sahələrinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.