Qaz xətti keçən kolluq ərazini yandıran şəxs saxlanıldı
1416
Sosial şəbəkələrdə qaz xətti keçən kolluq ərazini qəsdən yandıran şəxsin görüntüsü yayılıb.
Araşdırmalarla həmin hadisənin Zərdab rayonu ərazisində törədildiyi müəyyəb edilib.
Hadisə ilə bağlı polis əməkdaşları əməliyyat keçirib. Həmin şəxsin Zərdab rayon, Şahhüseynli kənd sakini 23 yaşlı Emil Rəşidovun olduğu müəyyən edilib. O, saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.
Mediapress.az Bugun.tv-yə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.
Faktla bağlı hazırda araşdırmalar aparılır.