\
19 Aprel 2024 - Cümə

29 yaşlı şəxs itkin düşüb - Foto

29 yaşlı şəxs itkin düşüb - Foto
1304baxış
Paytaxtın Nəsimi rayonu ərazisində yaşayan 29 yaşlı İslam Rəhimli 2022-ci il dekabrın 9-da yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb. Onun yaddaş pozğunluğu olması ehtimal edilir. Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Nəsimi Rayon Polis İdarəsinə (012) 440-02-02 şəhər və (055) 711-18-65 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur. Mediapress.az