\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Mayın son günündə 118 cinayət faktı qeydə alındı - Rəsmi xronika

Mayın son günündə 118 cinayət faktı qeydə alındı - Rəsmi xronika
1719baxış

Yazın son ayının axırıncı gününün kriminal xronikası bəlli olub. DİN-dən Mediapress.az-a verilən məlumata görə,  respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 118 cinayət faktı qeydə alınmış, onların da 28-i “isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.   

Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 11 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 1 nəfər ölüb.  

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.