\
22 Noyabr 2024 - Cümə

Bakıda kütləvi talama əməllərində şübhəli bilinən şəxs saxlanılıb - Video

Bakıda kütləvi talama əməllərində şübhəli bilinən şəxs saxlanılıb - Video
1373baxış

Sosial şəbəkələrdə və elan saytlarında bahalı mobil telefonları almaq məqsədi ilə kütləvi talama əməllərində şübhəli bilinən 1990-cı il təvəllüdlü Yusif  Məhərrəmov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

DİN-in mətbuat xidmətindən bildirilib ki, o, elan saytlarında satışa qoyulan mobil telefonları satan şəxslərlə əlaqə yaradaraq, onların bank kartlarının 16 rəqəmini əldə edərək, sms vasitəsi ilə təsdiqləyici kodu alaraq kartda olan vəsaitləri talayıb. Ayrı-ayrı şəxslərə məxsus 30-dan artıq bank kartına müdaxilə edən şübhəli şəxs əsasən 070 432-90-90, 070 564-58-58 nömrələrindən istifadə edib. 

Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polisə müraciət etmələri tövsiyə olunub. 

Araşdırmalar davam etdirilir.