\
21 Sentyabr 2024 - Şənbə

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
1315baxış

Daşkəsən Rayon Polisi Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “Mercedes” markalı yük avtomobilinin sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətind'n Mediapress.az-a verilən məlumata görə, həmin nəqliyyat vasitəsini idarə edən Nemət Süleymanov narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən N. Süleymanovun narkotik vasitədən istifadə etdiyi məlum olub.

Şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti məhkəməyə göndərilib.