\
24 Aprel 2024 - Çərşənbə

"Falçı Rübabə" kimi tanınan qadın həbs olundu - Foto

"Falçı Rübabə" kimi tanınan qadın həbs olundu - Foto
1327baxış
Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir nəfər şəhər sakinini fala baxmaq adı ilə aldadaraq onun 1500 manat dəyərində qızıl-zinət əşyalarını mənimsəyən Rübabə Əliyeva saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, R. Əliyeva Naftalan şəhərinə gələrək vətandaşa fala baxmaq adı ilə onun etibarından sui-istifadə edərək 1500 manat dəyərində qızıl-zinət əşyalarını dələduzluq yolu ilə mənimsəyib. Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verlib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN-in “102” Zəng Mərkəzinə, Naftalan şəhər Polis Şöbəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər. Faktla bağlı araşdırmalar davam etdirilir. Mediapress.az