\
12 Fevral 2025 - Çərşənbə

Türkiyədə silahlı insident olub, ölənlər və yaralananlar var - VİDEO

Türkiyədə silahlı insident olub, ölənlər və yaralananlar var - VİDEO
1448baxış

Türkiyənin İstanbul şəhərində silahlı insident olub.

Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə dayanacaqdakı avtomobilə silahlı hücum zamanı 1 nəfər ölüb, daha 3 nəfər yaralanıb.

Hadisə yerinə təcili yardım və polis əməkdaşları cəlb edilib. Yaralılar xəstəxanaya çatdırılıb, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Cinayətkar hadisə yerindən qaçıb. Polis onun yaxalanması məqsədilə əməliyyata başlayıb.