\
12 Fevral 2025 - Çərşənbə

40 nəfərə qarşı dələduzluğa görə axtarışda olan şəxs tutulub

40 nəfərə qarşı dələduzluğa görə axtarışda olan şəxs tutulub
1476baxış

Polis əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda Binəqədi rayonu ərazisində 40 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Füzuli rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Zeynəlabidin Məlikzadə saxlanılıb.

Bu barədə Mediapress.az-a DİN-dən məlumat verilib.

Araşdırma aparılır.