\
27 Iyul 2024 - Şənbə

Bakıda seksual manyak peyda olub - Polis onu axtarır

Bakıda seksual manyak peyda olub - Polis onu axtarır
1444baxış
Bakıda seksual manyak peyda olub. 
 
Mediapress.az lent.az-a istinadən xəbər verir ki, polisə müraciət edən Zabrat qəsəbəsindən olan bir qadın qəsəbə ərazisində yerləşən idman meydançasında naməlum kişinin onun 7 yaşlı oğluna qarşı seksual xarakterli hərəkətklər etdiyini bildirib. 
 
Daxil olan şikayət əsasında Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsi tərəfindən araşdırmalar başlanıb.
 
Hazırda polis azyaşlıya qarşı seksual hərəkətlər edən şəxsin müəyyən edilərək tutulması istiqamətində axtarışları davam etdirir.