\
3 Oktyabr 2023 - Çərşənbə axşamı

Bakıda məktəblilər arasında dava düşdü - Bıçaqlananlar var

Bakıda məktəblilər arasında dava düşdü - Bıçaqlananlar var
1241baxış
Bakının Sabunçu rayonunda yeniyetmələr arasında dava düşüb və iki nəfər xəsarət alıb.
 
Mediapress.az apa-ya istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun İvan Anaşkin küçəsində qeydə alınıb.
 
2007-ci il təvəllüdlü Novruzov Yusif Xaqani oğlu və 2001-ci il təvəllüdlü Kənan Mustafayev bıçaq xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, bıçaqlanan hər iki şəxs Sabunçu rayonu ərazisində yerləşən məktəblərdən birinin şagirdləridir.