\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

40 yaşlı kişi bıçaqlandı - Şamaxıda

40 yaşlı kişi bıçaqlandı - Şamaxıda
1007baxış

Şamaxı rayonunda bıçaqlanma hadisəsi baş verib. 

Mediapress.az APA-nın yerli bürosunun məlumatına əsasən xəbər verir ki, Şamaxı şəhərinin Əliheydər Qarayev küçəsindəki 9 saylı mənzildə yaşayan 1978-ci il təvəllüdlü Qədimov Elxan Əlibaba oğlu bu gün axşam saat 23:00 radələrində qarın nahiyəsindən bıçaqlandığı üçün təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

O, hazırda cərrahiyyə şöbəsində əməliyyat olunur. Xəstənin vəziyyəti ağır olaraq qalır. Onun kim tərəfindən bıçaqlandığı hələ ki məlum deyil.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.