\
25 Noyabr 2024 - Bazar ertəsi

14 yaşlı velosipedçini maşın vurdu - Astarada

14 yaşlı velosipedçini maşın vurdu - Astarada
1731baxış

Astarada velosiped sürən yeniyetməni maşın vurub. 

Mediapress.az APA-nın cənub bürosunun məlumatına əsasən xəbər verir ki, rayonun Giləkəran məhəlləsində baş verən hadisə rayon sakini, 2004-cü il təvəllüdlü Əkbər Qadir oğlu Ələsgərov velosiped sürən zaman baş verib.

Yaralı əvvəlcə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Orada ilk tibbi yardım göstərildikdən sonra Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq travmatologiya şöbəsinə yerləşdirilib.

Ə.Ələsgərova körpücük sümüyü ilə yanaşı, ayağının sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.