\
21 Sentyabr 2024 - Şənbə

Bakıda bahalı maşından altı kiloqramdan artıq narkotik tapıldı

Bakıda bahalı maşından altı kiloqramdan artıq narkotik tapıldı
1464baxış

Əldə olunan məlumat əsasında Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Elçin Əliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Mediapress.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 3 qramdan artıq marixuana aşkar olunub. Davam etdirilən tədbirlərlə onun idarə etdiyi BMW markalı avtomobilə baxış zamanı oradan əlavə 6 kiloqram 20 qram marixuana götürülüb.

Faktla bağlı araşdırma aparılır.