\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

22 yaşlı gənc bıçaqlandı - Binə qəsəbəsində

22 yaşlı gənc bıçaqlandı - Binə qəsəbəsində
1793baxış

Xəzər rayonunda əlbəyaxa dava zamanı bir nəfər bıçaq xəsarətləri alıb.

Mediapress.az "Report"un məlumatına əsasən xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.

1996-cı il təvəllüdlü Zülfüqarov Səfər Yusif oğlu yaşadığı evin yaxınlığında tanışı ilə əlbəyaxa dava edib. Dava zamanı o, kürəyindən bıçaqlanıb. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.