\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

İyunun 6-da 109 cinayət faktı qeydə alındı - Rəsmi xronika

İyunun 6-da 109 cinayət faktı qeydə alındı - Rəsmi xronika
1736baxış

6 iyun günü ərzində baş vermiş hadisələrin kriminal xronikası tərtib olunub. Mediapress.az DİN-ə istinadən xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 109 cinayət faktı qeydə alınmış, onların da 28-i “isti izlər”lə açılmışdır. 

Əvvəlki dövrlərdən bağlı qalmış 19 cinayətin açılması təmin olunmuşdur.   

Axtarışda olduğuna görə ümumilikdə 38 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər xəsarət almışdır.  

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir. 

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılmışdır.