\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

45 yaşlı qadın naməlum şəxs tərəfindən bıçaqlandı - Bakıda

45 yaşlı qadın naməlum şəxs tərəfindən bıçaqlandı - Bakıda
1668baxış

Bu gün gecə saatlarında Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

Mediapress.az "Report"un məlumatına əsasən xəbər verir ki, 1973-cü il təvəllüdlü Quliyeva Dilarə Əzizağa qızı Heydər Əliyev prospektində naməlum şəraitdə qarın nahiyəsindən bıçaqlanıb.

O, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən xidmət aparılan zaman aşkar edilib.

Yaralı Post Patrul Xidməti əməkdaşlarının köməkliyi ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, cərrahi əməliyyat edilərək Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini stabil orta-ağır kimi qiymətləndirir.

Hadisənin hansı şəraitdə və kim tərəfindən törədildiyi Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.