İyunun 7-də 113 cinayət faktı qeydə alındı - Rəsmi xronika
Azərbaycanda dünənki günün kriminal xronikası tərtib olunub. Mediapress.az DİN-ə istindən xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 113 cinayət faktı qeydə alınmış, onların da 41-i “isti izlər”lə açılmışdır.
Əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunmuşdur.
Axtarışda olduğuna görə ümumilikdə 57 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 4 nəfər, borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 8 nəfər xəsarət almışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılmışdır.