\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Avtomobil piyadanı vurub öldürdü, aradan çııxdı - Bakının Sahil qəsəbəsində

Avtomobil piyadanı vurub öldürdü, aradan çııxdı - Bakının Sahil qəsəbəsində
1850baxış

Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Mediapress.az Qaradağ RPİ-nin məlumatına istinadən xəbər verir ki, bu gün gecə saat 2 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Nəriman Məmmədov vurulub. Nəticədə piyada hadisə yerində ölüb.
Hazırda Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.