\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

İyunun 8-i 108 cinayət faktı qeydə alındı - Rəsmi xronika

İyunun 8-i 108 cinayət faktı qeydə alındı - Rəsmi xronika
1696baxış

Dünən respublika ərazisində baş vermiş kriminal hadisələrin xronikası tərtib olunub. Mediapress.az DİN-ə istinadən xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 108 cinayət faktı qeydə alınmış, onların da 24-ü “isti izlər”lə açılmışdır. 

Əvvəlki dövrlərdən bağlı qalmış 19 cinayətin açılması təmin olunmuşdur.   

Axtarışda olduğuna görə ümumilikdə 43 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 4 nəfər xəsarət almışdır.  

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir. 

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılmışdır.