\
20 Sentyabr 2024 - Cümə

Qubadlıda silah-sursat aşkar edilib

Qubadlıda silah-sursat aşkar edilib
1462baxış

Qubadlı rayonunda silah-sursat aşkar edilib.

Bu barədə ”Report”a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun Mahmudlu kəndi ərazisində yerləşən yarımtikilidən 1 qumbaraatan, 1 avtomat, 5 qumbara, patronlar və digər sursatlar aşkar olunaraq müvafiq qaydada götürülüb.

Faktla bağlı araşdırma aparılır.