\
20 Sentyabr 2024 - Cümə

Bakıda sürücünü kəsici alətlə hədələyib, pulunu taladılar

Bakıda sürücünü kəsici alətlə hədələyib, pulunu taladılar
1371baxış

Noyabrın 15-də səhər saatlarında Qaraçuxur qəsəbəsi ərazisində “Toyota” markalı avtomobildə iki nəfərin sürücünü kəsici alətlə hədələyərək quldurluq yolu ilə pulunu talamaları barədə polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 1985-ci il təvəllüdlü Tural Xəlilov və əvvəllər soyğunçuluğa görə məhkum olunmuş 2001-ci il təvəllüdlü Sənan Məmmədov müəyyən olunaraq saxlanılıblar.