\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

49 yaşlı kişi tanımadığı şəxs tərəfindən bıçaqlandı - Bakıda

49 yaşlı kişi tanımadığı şəxs tərəfindən bıçaqlandı - Bakıda
1655baxış

Bakıda küçədə 49 yaşlı kişini tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Mediapress.az "Report"-un məlumatına əsasən xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

1969-cu il təvəllüdlü Natiq Salahov yaşadığı evə gedərkən tanımadığı şəxs onunla mübahisə edib. Nəticədə N.Salahov bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.