\
27 Iyul 2024 - Şənbə

Gəncədə itkin düşən ana və qızı TAPILDILAR

Gəncədə itkin düşən ana və qızı TAPILDILAR
1506baxış

Gəncədə itkin düşən ana və qızı tapılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində hər iki şəxsin yeri Gəncə şəhərində müəyyən edilib.

N.İmanova izahatında yaşadıqları evi özlərinin könüllü tərk etdiklərini və geri dönmək istəmədiklərini bildirib.