Polisə zəng edib adam bıçaqlayacağını deyən şəxs həbs edildi
![Polisə zəng edib adam bıçaqlayacağını deyən şəxs həbs edildi](https://img.mediapress.az/news/2023/11/photo_25305.jpg)
1853baxış
Cəlilabad rayonunda polisə zəng edib cinayət törədəcəyini deyən şəxs tutulub.
Hadisə rayonun Üçtəpə kəndində baş verib.
Belə ki, bir neçə gün əvvəl kənd sakini, 1985-ci il təvəllüdlü Zaur Tağıyev (şərti ad soyadlı) DİN-in 102 xidmətinə zəng edərək Mahir adlı şəxsin ona pul borclu olduğunu və həmin şəxsi bıçaqlayacağını deyib.
Saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə inzibati protokol tərtib edilib. Saxlanılan şəxs polisə zəng edərkən sərxoş olduğunu bildirib.
Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə Z.Səlimova 5 sutka həbs cəzası verilib.